Elnur Məmmədov ölkə ərazisində narkotikə qarşı mübarizədən danışdı - FOTO

Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Bərgüşad kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Görüşdə RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elnur Məmmədov ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən tədbirlərdən danışıb . Belə maddələrin insan sağlamlığına vurduğu zərərlərlər barədə geniş məlumat verən rəis müavini, şagirdləri mövzu ətrafında maraqlandıran sualları cavablandırıb.

Daha sonra çıxış edən digər iştirakçılar keçirilən tədbirlərin mahiyyətindən danışaraq, təşkilatçılığa görə polis şöbəsinin əməkdaşlarına təşəkkürlərini bildiriblər.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info