Zəfər Qurbanov ADAU-nu niyə ÇÖKDÜRMƏK İSTƏYİR? – Görünən budur ki… (FOTOLAR)

Aqrar Universitet (keçmiş AKTI) yarandığı yüz il müddətində ölkəmizdə kənd təsərrüfatının inkişafına öz müəllim və professor heyyətinin peşəkar fəaliyyəti əsasında yetişdirdikləri mütəxəsiz ordusunun xidmətləri sayəsində çox böyük tövhələr vermişdir.Uzun illər şanlı yol keçmiş, dəfələrlə dövrünün layiqli mükafatlarını almışdır”. Bu barədə TURANTV.AZ-a göndərilən məqalədə deyilir.

“Məqalədə daha sonra bildirilir: “Bu qocaman universitet sanki naşı rektorların əlində bir futbol topuna çevrilmişdir. Son illərdə biri gəldi sakitcə kimyagərlik etdi getdi, o biri isə yarıtmaz işi bağırmaq tabeçiliyində olan oğru və yazıq məmurları təhqir etməklə davam etdirdi.Universitetin kadr ehtiyatlarını yaman günə qoydu. İndi də əsas vəzifəsi ümumi işlər olan həmdə rektor vəzifəsini icra edən Zəfər Qurbanov zühur edib.

Bunulada Universitet kollektivi yaman günlərə düşüb. Düzdür ilk baxışda güya mədənidir, iş biləndir, gənc kadır kimi (ixtisasci olmasada) kollektiv ondan təhsildə yeni yanaşmalar özünün dedikləri kimi onun çox böyük dünya görüşü, siyasi yetkinliyi sayəsində universitetimizi bir sıra ali təhsil müəssisələrindən irəli gedəcəyini düşünürdü. Təssüf ki, çox müddət keçməsinə baxmayaraq Z.Qurbanov öz dediyi kimi təyin etdiyi yöndəmsiz ancaq müəllimlərə böhtan və hədə-qorxu gələrək özünü türmədə “nadzor” təsəvvür edən, sanki özlərini 91-92 ci illərdə hiss edən Z.Qurbanovun kadrları (hətta durğunluq illərinin 91-92 ci illərdəki hakimiyyətsizlik dövrlərində də olmayan) informasiyalar toplayır və buna uyğun da qocaman universitetimizin şərəfinə yaraşmayan qərarlar qəbul edir.

Universitet kollektivini ən çox narahat edən belə iyrənc metodlardan biri də tələbələrin də bu yaramaz işlərə cəlb olunmasıdır. Və…”

Mənbə daha sonra yazir: Biz qorxuruq tələbələr əsas yiyələnməli olduqları peşələrini kənarda qoyub rektorun “dezertr”- əsgərlikdən yayınan. vətən müharibəsində qaçıb gizlənən nəzarətçisi Bəşir Bağırzadənin agentlik və şər böhtan atmaq peşəsinə yiyələnmələridir.

Cənab Zəfər Qurbanov,Siz böyük bir universitetə şöbə rəhbəri qoyanda baxmadınız ki, bu kişilik dərsi keçməyib, vətənə xidmət etməyib,özü də ehtiyac yarandığı dövrlərdə? Vətənin müdafiəsinə çağırış olduğu dövrdə özünə vətən üçün yararsız etiketi düzəltdirib bir gizləndiyini görmədizmi?.!

Axı tez tez deyirsiz yoxlatdırıram, baxdırıram! 2021-ci ildə bu fərari Bəşir Bağırzadə tələbələrdən külli miqdarda imtahanlardan keçirəcəyi müqabilində pul yığmışdı, məsələ kollektivin əməkdaşları və tələbələr tərəfindən açıldı da, polis bu işǝ qarışdı da.Ancaq İbrahim Cəfərov öz vəzifəsindən və universitetin adının ləkələnməsindən qorxaraq işin üstünü nədənsə ört-basdır etdi. İndi həmin cəzəsızlıqdan bu yarasız fərari Bəşir Bağırzadə istifadə edərək tələbələri agent yetişdirərək universiteti isdədiyi kimi idarə edir.

Bunları bilen hər kəs düşünür ki, 2020 ci ildə Vətən müharibəsi başlayanda sabiq Daxili Nəzarət və audit şöbəsinin müdiri Namiq Cəfərov öz rahat işini atdı vətənin müdafiəsinə qalxdı ordu sıralarına yazıldı şərəflə vuruşdu. Belə bir cəsarətli cəsur bir şəxsiyyətin yerinə Başir Bağırzadə kimi dezertini təyinat alması ən öncəsi Kənd Təsərrüfatı Nazirliyinə və professor və müəllim heyətindən ibarət kollektivə bir təhqirdir…

İndi bu cür çıxılmaz idarəetmə şəraitinə düşmüş professorlar və gənc alim düşərgəsi kimə ümidini açsın?

-Tədris işləri üzrə prorektor Əhməd Məlikov əlinə qələm dəftər alıb rektorun və xidmət yararsız Bəşir Bağırzadənin tapşırığı ilə onsuz da problemləri başından aşıb-daşan müəllimlərin dərslərinə girir,və onları təhqir edən Əhməd Məlikovun yanına dərdimizi və

problemlərimiz üçün gedəndə isə mən kiməm deyir.”

Elmi işlər üzrə prorektor Azad İbrahimov da özünü rektor kimi aparır. Gənc alimlərin inkişafın hər vasitə ilə mane olmağa çalışır. Müraciət etdikdə ancaq olmayan qanunlardan

danışır, hər kəsi acılayır.

Hörmətli Cənab Prezident!
ADAU-nun professor və müəllim heyəti olaraq ADAU-də baş verən özbaşınalıqları gördükcə müəllimlik və aqrar sahəyə olan sevgimizi ölməyə başlayıb. Ömrümüzü aqrar sahəyə həsr etmişik,onun inkişafına kadrların yetişməsinə tələbələrin daha da çox elimi olmaları üçün bütün universitet əlimizdən gələni etmişik. Amma indi tələbələrimizin aqrar sahəni yox agentliyi, xəyanəti rəhbərlik öyrədirsə, tələbənin əli ilə müəllimlik peşəsini ləkəlyirsə, artıq bura təhsil ocağı deyildir.

Cənab Prezident! inanırıq ki ən qısa zamanda aqrar təhsil ocağında tüğyan edən özbaşınalığa son qoyacaqsınız.

ADAU nin professor və müəllim heyyəti

DAVAMI MÜTLƏQ VAR…

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info