Suraxanı rayon 146 saylı məktəbdə fərqlənən şagirdlərin ATTESTATINI Şəhid anası təqdim etdi

Prezident İlham Əliyevin apardığı islahatlar paketinin bir çox xeyirli nəticələri alınmışdır. Bir müddət əvvəl rayon rəhbərliklərinin dəyişdirilməsi ilə bağlı Prezident Sərəncam imzaladı. Sərəncamlardan biri isə Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizovun yeni təyinatı qeyd edilmişdi. Yeni təyinat üzrə Ə.Əzizov Yasamaldan Suraxanı rayon İcra Hakimiyyətinə başçı təyin edilmişdi. Rayonda fəaliyyətə başlayan icra başçısı dərhal rayonun dirçəlişi üçün kollektiv toplamağa başladı. Bu kollektiv seçimi isə göründüyü qədər uğurlu seçim oldu. Bir çox rayonlarda fəaliyyətdə olan məmurları Suraxanı rayonuna cəlb etməklə rayonun bir çox sahələrində inkişafa nail olundu. Bu inkişafla sahəsində məhs Təhsildə öz payını götürmüşdür. Təhsilə qayğı və diqqət ilk öncə Ölkə rəhbərinin daha sonra onun təyin etdiyi məmurların öncəliyi prinsipi halına gəlmişdir. Bir zamanlar Abşeronda Humanitar Məsələlər üzrə müavin işləyən F.Cəbrayılov kimi dövlət quluqçusununda Ə.Əzizovun komandasında olması rayonun dahada təkminləşməsinə səmərəlilik bəxş etmişdir.

Beləki Ulutv.info-nun əldə etdiyi məlumata görə, Suraxanı rayon Cavanşir Rəhimov adına 146 saylı tam orta məktəbində fərqlənmə Attestatı verilməsi mərasimi keçirilib. Məlumatda qeyd edilir ki, rayon rəhbərliyinin diqqət və qayğısı nəticəsində məktəbin direktoru Gülzadə Məmmədovanın şagirdlərindən üçünün bu il fərqlənmə Attestatlarıyla məzun olublar. Fərqlənən şagirdlərin Attestatlarının verilməsi mərhələsi məhz Şəhid Hüseynov Orxan Bəhmən oğlunun anası Xalidə xanıma həvalə edilib. Bu qurur verici məqamda şəhid anasının məclisə dəvət edilməsi və şagirdlərin sevincinə şərik olması bütün məktəb kollektivi ilə yanaşı şagirdləridə sevindirmişdir. Fərqlənən şagirdlər Nicat Nəbizadə, Yetər Nəbiyeva və Aytac Məmmədova şəhid anasının əlindən Fərqlənmə ATTESTATI almağın qürurunu yaşayan məzun olaraq yadaşlarda qalmaqı bacardılar. Məclisin sonunda Məktəb direktoru G.Məmmədova: “Kollektiv adından məzunlara və valideynlərə xoş arzu diləklərini bildirdi. Əziz məzunlar, uğurlarınız bol və davamlı olsun!”

Z.Seyidova
Ulutv.info




Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info