Fərid Şərifov: Birinci xanım Mehriban Əliyeva Azərbaycan təhsilinə yüksək diqqət və qayğı nümunəsidir.

Heydər Əliyev Fondu öz fəaliyyətini uğurla davam etdirir, xeyriyyəçilik missiyasını həyata keçirir. Məhz bu fəaliyyətinə görə fond ölkənin ictimai həyatında mühüm rol oynayan quruma çevrilmişdir.

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətində elm və təhsilə qayğı xüsusi yer tutur.

Son 15 ildə ulu öndər Heydər Əliyevin ali ideyalarını yaşadan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə sanballı töhfəsini verən Heydər Əliyev Fondu Azərbaycan xalqının milli mədəniyyətinin, milli-mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətdə saflıq, nəciblik, xeyirxahlıq kimi dəyərlərin təbliğində müstəsna xidmətlərə malikdir. Heydər Əliyev Fondu ümummilli lider Heydər Əliyevin xeyirxah və nəcib əməllərini yaşatmaq üçün ictimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir.

Xalqa xidməti həyat kredosuna çevirmiş böyük şəxsiyyətlər bunun müqabilində hər zaman təmənnasız olmuş, dar məqsəd güdməmişlər. Lakin, belə nəcib və xeyirxah insanların mənəvi yüksəliş və ucalığa xidmət edən çoxşaxəli fəaliyyətinin obyektiv dəyərləndirilməsi bəzən obyektiv tələbat kimi ortaya çıxır. Nəcib və tərəqqipərvər təşəbbüslərinə görə, hələ 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatı, Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç ordeni ilə təltif olunmuş Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dövlət başçısı İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə "Heydər Əliyev mükafatı"na layiq görülməsi də onun əzmkar fəaliyyətinə verilən ən böyük qiymətdir. 2010-cu ildə isə Mehriban xanım Əliyeva Fransanın "Şərəf Legionu" ordeni və YUNESKO-nun "Qızıl Motsart" medalı ilə təltif olunmuşdur.

Qurumun 5 illik yubiley mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev çıxışlarında demişdir: Qısa müddətdə böyük layihələri uğurla gerçəkləşdirməyə müvəffəq olmuş Heydər Əliyev Fondunun cəmiyyətdə böyük inam və etimad qazandığını razılıqla qeyd etmişdir: "Son beş il ərzində Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq fondu olmuşdur. Bu fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır. İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu çox yüksək qiymətləndirirəm. Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən: "Xoş niyyət" - deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük".

Heydər Əliyev Fondu qısa müddət ərzində həyata keçirdiyi böyük layihələrlə dövlətin təhsil strategiyası çərçivəsində qarşıya qoyduğu bir sıra vacib planların gerçəkləşdirilməsinə də töhfəsini vermişdir. Mehriban xanım Əliyevanın ictimai fəaliyyətinin əsas prioritetləri sırasında elm və təhsilin mühüm yer tutması da qətiyyən təsadüfi deyildir. Azərbaycanın gələcəyinin təhsilli insanların çiyinləri üzərində qurulacağını böyük uzaqgörənliklə vurğulamış ulu öndər Heydər Əliyevin ideyalarını əldə rəhbər tutaraq onların gerçəkləşdirilməsinə çalışan fond 6 illik fəaliyyəti ilə cəmiyyətdə maarifçilik xəttinin güclənməsinə təkan vermişdir.

Bu sahəyə yönələn diqqət və qayğının hansı məqsəddən qaynaqlandığını, xalqın, dövlətin gələcəyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini isə xüsusi vurğulamağa ehtiyac yoxdur. Elmin, təhsilin dinamik inkişafı, milli-mədəni irsin mənfi təsirlərdən qorunması, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bugünün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü işlərin görülməsi, ilk növbədə, həqiqi vətənpərvərlikdən irəli gəlir. Yalnız səmimi vətənpərvərlik hissi, Vətən sevgisindən qaynaqlanan təmənnasız, pak hisslər insanı olduqca çətin, lakin xalqın və dövlətin gələcəyi baxımından müstəsna əhəmiyyətli işləri həyata keçirməyə sövq edə bilər. Bu baxımdan Heydər Əliyev fondunun prezidenti, Azərbaycan Respublikasının 1-ci vitse prezidenti və Azərbaycanın 1-ci xanımı Mehriban Əliyevanın elm və təhsilin tərəqqisinə əlahiddə münasibəti onun fəal vətəndaş mövqeyində dayanmasının, nümunəvi vətənpərvərliyinin əyani ifadəsidir.
Fondun maarifçilik sahəsindəki fəaliyyəti hansısa konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş, təhsil proqramlarının həyata keçirilməsinədək geniş spektri əhatə edir. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə böyük rezonansa səbəb olmuş, rəğbət və etimadla qarşılanmışdır.

Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmir və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər də son dərəcə təqdirəlayiqdir. İctimai əsaslarla fəaliyyət göstərən fondun ümummilli mənafelərə hesablanmış tədbirlərin həyata keçirilməsində cəmiyyətdən ciddi mənəvi-maddi dəstək alması görülən işlərin miqyasını, dinamikliyini və səmərəliliyini daha da artırır.

Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulması, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırılmasıdır. Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı I Dövlət Proqramında da yeni məktəblərin inşası məsələsinə xüsusi diqqət ayrılırdı. Heydər Əliyev Fondu həmin proqram çərçivəsində müvafiq hakimiyyət strukturlarının həyata keçirdiyi işləri də qabaqlayaraq, bölgələrdə mədəni-intellektual səviyyənin yüksəlməsində yaxından iştirak etmişdir.

Mən Fərid Şərifov bildirmək istəyirəm ki və hesab edirəm ki, Azərbaycan elm və təhsilinin davamlı inkişaf etməsində, həmçinin uğurlarla inkişaf etməsində Azərbaycanın birinci vitse prezidenti və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti və çox böyük rolu vardır. Qeyd etmək istəyirəm ki, Azərbaycanın birinci vitse prezidenti və birinci xanımı Mehriban Əliyeva Azərbaycan təhsilinə yüksək diqqət və qayğı nümunəsidir.

Hörmətlə Fərid Şərifov
Ulutv.Org
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info