"Elm və Təhsil Nazirliyinin səlahiyyətli şəxlərinin kimlərisə himayəsi Sumqayıt gəncliyini məhvə aparır"

Abdullayeva İlhamə Sarif qızı Azərbaycan Respublikası təhsil nazirinin 29 aprel 2022-ci il tarixli əmri ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Xanım İ.Abdullayevanın rəhbər təyin edilməsi bəzi müəssisələrdə gələcəyə inam yaratmışdır. Bu təyinatla təhsilin gələcəyinə ümüdlərin qığılcımlanması nişanələri görünməkdə idi. Lakin bu arttan narazılığın aradan qaldırılması yalnız islahatlar sayəsində mümkün ola bilərdi. Lazımı tədbirlərin görülməsi yönündə siqnalların verilməsinin qarşısı mütləq şəkildə alınıb. Bu minvallah problemli təhsil ocaqlarında aparılmalı olan dəyişiklər aparılmadı.

Bunun əvvəzində isə lüzumsuz siqnallarla İlhamə Abdullayevanın fəaliyyətini başqa istiqamətə yönəldənlər oldu. İ.Abdullayevanın işində göstərəcəyi naliyyətləri suni maniələr qarşısının alınmasına nail olunmuşdur. Regianal təhsilin bərbad olması həm Azərbaycan mediasında həmdə yerli qurumlarda çox danışılan mövzu olmasına baxmayaraq islahatların aparılmaması heçdə bəyənilən olmadı. Təhsil ocaqlarına lazımi kadırların gətirilməsi əvvəzinə tapşırıq və himayədarlıqla Təhsilin təşkili və idarəçiliyində səriştəsi olmayanlar rəhbər vəzifələrdə saxlanıldı. Bu isə İ.Abdullayevanın yerli qurumlar tərəfindən blok edilməsi deməkdir ki, idarə etdiyi quruma tabe olan müəssisələrdən tam təşəbüslü məlumatlandırılmamasından xəbər verir. Ulutv. olaraq biz bu missiyanıda yerinə yetirməyi özümüzə borc billərək İlhamə xanıma Sumqayıt şəhər məktəblərində hansı oyunların getməsi barədə məlumatlarlı məhs onlayn şəkildə verəcəyik.

İlk öncə Sumqayıt şəhər məktəblərindən başlayaq. Daha sonra Abşeronda baş verənlər ardıcıl olaraq məlumatlar yayımlanacaqdır. Hörmətli İlhamə xanım imkan daxilində daim bizi izləməkdə olun ki baş verən hər bir neqativ hallardan xəbərdar olasınız.

Əvvala çox maraqlı məqam ondan ibarətdir ki bir idman müəllimi ciddi fənlər üzrə müəllimlərlə hansı savadla dialoq qurmağa qadir ola bilər. Burda fitri istedadlı olmağı bir kənara qoysaq heç cür mümkün olmayacaq görüntü meydana çıxır. Bu azmış kimi təlim tərbiyə üzrə müavinidə məhz əmək müəllimidir. Bu qədər nataraz strukturun orta məktəbdə qurulması artıq təhsilin tam şəkildə kor qoymaq deyil nədir?

Ulutv.info xəbər portalına verilən məlumatlara görə, Elm və Təhsil Nazirliyinin Ümummi Təhsilin Təşkili və İdarə olunması şöbəsinin baş məsləhətçisi Əhliyyət Adıgözəlovun qardaşı oğlu Xaliq Adıgözəlovu direktor təyin etdirməsi reallıqdır. 2018-ci ildən . Bu gün Elm və Təhsil Nazirliyində aparılan islahatlar və yeni strukturların yaradılması əslində Təhsilin inkişafına yönəlməsi gələcəkdə alınacaq nəticənin yüksək dəyərindən xəbər verməlidir. Lakin nazirin verdiyi qərarlara kölgə salan məmur özbaşınalığı təhsilimizi dahada bərbad halla salmaqdadır. Sumqayıt şəhər 2 saylı Tam orta məktəbə illərdir tam ciddi yanaşılmaması oradan yüksək nəticənin alınmasıda əsas maniələrdəndir. Hətta demək olarsa əmisinin sayəsində rəhbər olmağı bacaran direktor özünün sahəsinin miqyasından çox yüksəyə çıxmaqla gələcəyə ümidlərimizi kor qoymağa nail olduğun deməkdə yerinə düşərdi.
Əhliyyət Adıgözəlovun öz yaxın qohumunu himayəsi illərlə Xaliq Adıgözəlovun direktor əvəzi daha sonra isə direktor olaraq təyin etdirilməsin təmin etməsidə Sumqayıt təhsilində heç kəsə sirr deyil. Direktor imtahanından kəsilən şəxsin rəsmi əmrinin verilməsi hansı rəhbərlər arasında aparılan danışıq əsnasında olduğuda müəmmadır. Bir həqiqət odur ki Sumqayıt şəhər 2 saylı tam orta məktəbin direktoru idman müəllimi müavini isə əmək müəllimidir. İndi özünüz hesab edin ki bu məktəbdə təhsilin durumu hansı haldadır...?

Məsələ ilə bağlı araşdırmamız davam edir... Bizi izləməyi unutmayın.

Ulutv.info

Anons:
1. Bir çox qadın əməkdaşlar niyə işdən çıxarılıb...?
2. Xaliq Adıgözəlovun həyat yoldaşı eyni məktəbdə müəllimlik etdiyi halda dərs saatlarında niyə iştirak etməyib...?
3. Səidə müəllimə hansı səbəbdən məktəbdən xaric edilib...?
4. Təhsil müəsissəsində nə baş verir...bağban katibə olaraq necə işləyib?


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info