DİM MAA-nın ixtisaslarını seçmək istəyən nazmizədlərə müraciət edib

DİM Milli Aviasiya Akademiyasının (MAA) “Uçuş mühəndisliyi” və “Hava nəqliyyatının hərəkətinin təşkili” ixtisaslarını seçmək istəyən abituriyentlərə müraciət edib.

Qurumdan Ulitv.info-ya apa-ya istinadən verilən xəbərə görə, bu il Milli Aviasiya Akademiyasının 050639 “Uçuş mühəndisliyi” və 050613 “Hava nəqliyyatının hərəkətinin təşkili” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimindən öncə xüsusi tibbi və psixofizioloji müayinədən və “Fiziki hazırlıq” üzrə qabiliyyət müsabiqəsindən keçmələri tələb olunmur. Abituriyentlər ixtisas seçimi ərizələrində qeyd olunan ixtisasları göstərə bilərlər.

Lakin həmin ixtisaslara qəbul olmuş abituriyentlər MAA-nın 1-ci kursunda oxuduqları müddətdə xüsusi tibbi müayinədən və qabiliyyət müsabiqələrindən keçməlidirlər.

Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıbUNEC tələbələrinin startapları dünyanın nəhəng şirkətlərində qəbul olunubDaha iki qazimiz Türkiyəyə müalicəyə göndərilib

Xüsusi tibbi müayinəni və qabiliyyət müsabiqələrini müvəffəqiyyətlə keçən abituriyentlər təhsillərini tələbəsi olduqları ixtisaslarda davam etdirəcəklər. Xüsusi tibbi müayinəni və yaxud qabiliyyət müsabiqələrini keçə bilməyən tələbələrə isə təhsillərini başqa ixtisaslarda davam etdirmək seçimi təklif olunacaq. Bu barədə elan MAA-nın rəsmi internet səhifəsində yerləşdirilib

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info