Abituriyentlərin ixtisas seçimi başlayır - ən gərgin vəziyyət bu qruplarda olacaq - VİDEO

Bu il ali məktəblərə ixtisas seçimində ən gərgin vəziyyət I və IV qruplarında müşahidə oluncaq.

Ulutv.info xəzər xəbər-ə istinadən xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, ötən illərlə müqayisədə bu il aparılacaq ixtisas seçimləri arasında ciddi dəyişikliklər var.

"Bu il ən yüksək müsabiqə şərtinin olması gözlənilir",- deyə ekspert vurğulayıb.

O, ixtisas seçərkən diqqət edilməli məqamları da açıqlayıb.

Qeyd edək ki, sabahdan I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər, eləcə də subbakalavrlar üçün ixtisas seçimi başlayır. Proses avqustun 28-dək davam edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info