Məleykə Abbaszadə: "I qrup üzrə keçid balları artacaq"

"Bu il I qrup üzrə 600-dən yuxarı bal toplayanların sayı ötən illə müqayisədə təxminən iki dəfə artıb. Bu o deməkdir ki, müəyyən ixtisaslarda keçid balları artacaq".

Ulutv.info report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ixtisas seçimi zamanı nələrə diqqət yetirməli” mövzusunda keçirilən canlı yayımda deyib.

DİM sədri bildrib ki, I qrupda 200-dən yuxarı bal toplayaraq müsabiqəyə buraxılan 13 982 nəfər var: "Onların hər birinin ali məktəblərə qəbul olmaq şansı var. Əlbəttə ki, ballarına uyğun düzgün ixtisaslar seçsələr. Bu qrupda təxminən 2000 nəfər qəbul olmayacaq. Onlar 150-200 bal arasında nəticə göstərənlərdir".

M.Abbaszadə vurğulayıb ki, I qrupda 300-dən yüksək bal toplayanlar dövlət sifarişli ixtisasları yaza bilər.

DİM sədri əlavə edib ki, I qrupda Fizika, Riyaziyyat və Komputer elmləri ixtisaslarını seçənlər 250 baldan yuxarı nəticə göstərməlidirlər: "Belə abituriyentlərin sayı 12 mindir. Onlar arasında yüksək rəqabət olacaq".

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info