Bakıda 20 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçib

Avqustun 16-sı saat 12:30-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 19 123 uşaq elektron qeydiyyatdan keçib.

İdarədən Ulutv.info-ya apa-ya istinadən verilən xəbərə görə, valideynlər (digər qanuni nümayəndələr) www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. 2022-2023-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2017-ci ildə anadan olmuş uşaqlar cəlb olunurlar.

Azərbaycanda daha 488 nəfər COVID-19-a yoluxub, ölən olmayıbDəniz bioloji resurslarının öyrənilməsinə dair monitorinq keçirilibBir yaşlı oğlunu evdən həyətə tullayan şəxs məhkəmə qarşısına çıxarılır

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.

Onu da qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info