Məktəb direktoru Nərxanım İsrafilov işində Qüdrət Əliyev izləri - SƏSYAZISI

Bir müddət əvvəl Aşura günü ilə əlaqədar Şəmkir Rayon məktəblərinin birinin direktorunun səs yazısı yayıldı. səs yazısının yayılmasından sonra böyük rezonans olan digər hadisənin baş verməsi o idi ki, səs yazısını yayan şəxslə bağlı ciddi tədbir görülməsi üçün mediaya sızdırılan məlumatçının axtarışına start verildi. İlk yayılan məlumatla daha sonra baş verənlər barəsində elektron ünvanımıza gönderilən məlumatı sizlərin diqqətinə çatırırıq. Bu məlumatlara yəqin ki Təhsil Nazirliyi münasibət bildirməyi özünə borc biləcəkdir.

“Sinif rəhbərləri qəti şəkildə məktəblilərə Aşura mərasiminə getməyə icazə verməsin”. Bu sözləri Şəmkir rayonu Xanlar kənd məktəbinin direktoru Nərxanım İsrafilovanın dediyi iddia olunur. Səs yazısı təhsillə əlaqəli bir sıra feysbuk və digər sosial şəbəkə platformalarının qruplarında paylaşılıb.
“Time TV” bildirib ki, daxil olan məlumata görə analoji hal Lənkəranda da baş verir. Bununla bağlı adının çəkilməsini istəməyən müəllimlər “Time TV”-yə açıqlama verib. Onlar bildirir ki, tapşırıq rayon İcra Hakimiyyətinin tədris şöbəsindən gəlib.

Haşiyə: Digər tərəfdən maraqlı məqam çıxır ortaya lap deyək ki rəhbər şəxslərə kimin harada necə olacağı məlumatı verilir bəs bu direktorun ağlı hardadı ki, qrup şəklində paylaşdığı məlumatda bu qədər informasiya paylaşıb?




E-mail adresimizə göndərilmiş mətnin tam versiyası:

Şəmkirdə səs yazısı yayılan məktəb direktoru Nərxanım İsrafilova haqqında maraqlı məlumatları sizə təqdim etmək istəyirik.
Belə ki, səs yazısı ictimailəşəndən sonra həmin qrupda olan müəllimlərə qarşı ciddi təzyiqlər edilməyə başlanılmışdır. Bu barədə bir az sonra.

Nərxanım İsrafilova uzun müddət Rusiyada yaşamışdır. Əldə etdiyimiz məlumata görə orada küçə ticarəti ilə məşğul olmuşdur. Hal hazırda əldə etdiyimiz məlumata görə, oğlu Tacəddin İsrafilov Rusiyada silsilə və ağır cinayətlər törətdiyinə görə uzunmüddətli həbsdədir. Təsəvvür edirsinizmi, övladına tərbiyə verməyi bacarmayan şəxs "şagirdlərini aşuradan qorumağa çalışır".

Əldə etdiyimiz digər maraqlı məlumata görə, Nərxanım İsrafilova təqaüd yaşını keçmişdir. 2021-2022 tədris ilində onunla əmək müqaviləsi bağlanılması üçün Qüdrət Əliyev Təhsil Nazirliyində olan bütün əlaqələrini işə salmışdır.

Sizcə niyə?!

Qüdrət Əliyev Nərxanım müəllimənin qızı, Şəmkir Kür qəsəbə körpələr evi uşaq baxçasının müdirəsi vəzifəsində çalışır. Bir zamanlar Şəmkir rayon İcra Hakimiyyətinin 1 ci müavini işləyən Qüdrət Əliyev Gəncə Dövlət Universitetinə tələbə yoldaşı olmuş Tərlan Muxtarovaya qarşı belə bir maraqlı addım atmışdır. İnsanların şəxsi həyatlarının müzakirə olunması qeyri etik hərəkət sayıldığından burada artıq dayanmaq istəyirik. Hal hazırda Tərlan Muxtarova və Qüdrət Əliyev ciddi cəhdlə səs yazısını yaymış şəxsi aşkara çıxarmağa çalışır.

Məsələ ilə bağlı yayımlanmış məqalədə adları keçən şəxslərin mövqeyn dərc etməyə hazırıq.
Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info