Azərbaycan Turizm və Menecment Universiteti publik hüquqi şəxsə çevrilib

Nazirlər Kabineti Azərbaycan Turizm və Menecment Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında qərar verib.

Ulutv.info report-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Universitet Dövlət Turizm Agentliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Turizm və Menecment Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilir.

Həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi təsdiq edilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info