Nazirlik: "Müəllimlərin sertifikatlaşdırılması prosesi təxirə salınmayıb"

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı yayılan səsyazısı həqiqqəti əks etdirmir.

Bu barədə Ulutv.info report-a istinadən Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı səsyazısı yayılıb: "Bildiririk ki, paylaşılan məlumat həqiqəti əks etdirmir. Elm və Təhsil Nazirliyi olaraq vətəndaşlardan ancaq rəsmi xəbərlərə istinad etməyi xahiş edirik".

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info