Azərbaycan təhsilində daha bir rəzalət - ŞİKAYƏT

Azərbaycan təhsilində daha bir rəzalət.
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Aydınbəyov 46 ünvanında yaşayan Qasımova Qumru Fəraib qızı Ulutv.info-ya dogruxeber.az-a istinadən təhsil sahəsində başına gələnləri danışıb.


Xanım bildirir ki, rəsmi qeydiyyat ünvanı Mingəçevir şəhərindədir. Hazırda ailəsi ilə birlikdə Bakıda - Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayır. 2015-ci il təvəllüdlü övladı, Qasımova Natavan Vüqar qızının orta təhsilini rus dilində almasını istəyir. Odur ki, rus dili bölməsində oxuması üçün 100, 143, 283 saylı orta məktəblərə, həmçinin Binəqədi rayon Təhsil idarəsinə, son olaraq isə 83 saylı litseyə müraciət edib.

Görünür, ünvanlar fərqli olsa da, cavablar eyni olub.
- "Siz bura qeydiyyatında deyilsiniz. Yerimiz yoxdur. Get, "Az-sektor"a qoy ".

Vəssalam.

Yeri gəlmişkən onu da qeyd edək ki, xanımın bildirdiyinə görə övladı hətta rus dilində imtahanlarda da iştirak edib və yüksək nəticə göstərib.

Bütün bunlara baxmayaraq, hər şeydən çox verilən cavablar maraqlı oldu:
"Bura qeydiyyatında deyilsiniz, yer yoxdur !"

Belə çıxır ki, yer Bakı qeydiyyatında olanlar üçün var?

Ya yer yoxdur, ya da Bakı qeydiyyatında olmadıqları üçün mümkün deyil. Hər halda səbəb ikisindən biri olmalıdır. Çünki, ikisi birlikdə tamamilə absurd səslənir.

Hə, bir də deyirlər, "ver Az-sektora". Maraqlıdır, rus dili bölməsində oxumaq üçün rəsmi qeydiyyat ünvanının Bakı olması mütləqdir, Azərbaycan dilli bölmədə oxumaq üçün fərq etmir?

Bu hansı qanuna, yaxud hansı məntiqə uyğundur ?

Bundan əlavə, əgər rus dili bölməsində yer yox idisə, imtahan nə üçün keçirilirdi?

Ümumiyyətlə, bu cür "qaydalar" deyəsən, Təhsil Nazirliyinin "hobbi "sidir.

Məsələn, direktor müsabiqələri keçirilir, yüksək nəticə göstərən elmi dərəcəsi olan, illərdir pedaqoji fəaliyyəti olan təcrübəli, savadlı şəxslər qalır kənarda, ümumiyyətlə müsabiqələrdə iştirak etməyən, yaxud cüzi nəticə göstərənlərin bəziləri direktor təyin olunur.
Bu da onun kimi. Uşaq Rus dili bölməsində oxumaq üçün imtahanda iştirak edir, yüksək nəticə göstərir və təhsil almaq məqamına gəldikdə, "yer yoxdur"...

Atalar yaxşı deyib: "Ağası gülüm olanın, başına külüm olar"...

Mövzu ilə bağlı qarşı tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info