"AMEA-nın institutları boş-boş işlərlə məşğuldur" - Mircəfər Bağırovun məqaləsi üzə çıxdı

Fransanın “Combat” qəzetinin 1950-ci il 29 aprel sayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətini tənqid edən məqalə dərc olunub.

Ulutv.info lent.az-a istinadən  Fransa arxivindən həmin məqaləni əldə edib.

Məqalənin müəllifi Azərbaycan Kommunist Partiyasının 1953-cü ildə Xalq düşməni kimi güllələnmiş birinci katibi Mircəfər Bağırovdur.

M.Bağırov sözügedən məqalədə AMEA-nın fəaliyyətini kəskin tənqid edərək orada oturanların boş işlərlə məşğul olduğunu yazıb:

“Respublikanın Elmlər Akademiyasının əksər institutları boş-boş işlərlə məşğuldur. Böyük həcmdə dövlət vəsaiti xərclənsə də, heç bir elmi məhsul ortaya qoyulmayıb, həmçinin yüksək ixtisaslı elmi kadrlar yetişdirilmir. Çox nümunə göstərmək olar, amma Dilçilik İnstitutunun fəaliyyətinə nəzər salmaq kifayətdir. 1949-cu ildə bu İnstitut “Azərbaycan dilinin qrammatikası” adlı yaddaş kitabçasından başqa heç bir elmi iş çap etməyib. 32 səhifəlik bu kitabçada da azı 30 səhv buraxılıb”.

Məqalə də o da yazılıb ki, AMEA-nın həqiqi üzvü Məmmədağa Şirəliyevin “İzvesiya” qəzetinə göndərdiyi məqalənin səviyyəsi o qədər aşağı olub ki, onun çapından imtina edilib. Dilçi Əbdüləzəl Dəmirçizadənin isə işləməyinə icazə verilməyib.  

Qeyd edək ki, Eyni zamanda “Combat” qəzeti Kommunist partiyasına yaxınlığı ilə tanınıb. Hazırda həmin qəzet dərc olunmur.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info