Təhsil Nazirliyi 4 milyon manatlıq 2 tenderə yekun vurub

Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üçün dərsliklərin istehsalı ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Ulutv.info Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Təhsil Nəşriyyat Poliqrafiya" və "Çaşioğlu Elm-İstehsalat" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 2,415 milyon manat və 1,365 milyon manat, ümumilikdə isə 3,78 milyon manat ödəniləcək.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info