“Toy mahnıları oxuyanların şou biznesə aidiyyatı yoxdur” - Ayan Babakişiyeva

“Estrada oxuyan ifaçılarla digər ifaçıları qarışdırmaq olmaz. İstəyirlər incisinlər, istəyirlər inciməsinlər. 5-10 min manat verib mahnını trend etmək bizim səviyyəmiz deyil”.

Bu sözləri müğənni Ayan Babakişiyeva “Xəbərin var?” verilişində deyib.

İfaçı toy nmahnıları ifa edən həmkarlarını sərt tənqid edib.

Onun sözlərinə görə, şou biznes başqa şeydir, müğənnilər, tanınmış insanlar başqa: “Toy mahnısı ifa edib, şou göstərmisiniz? Bəs bizim bahalı mahnılarımız, bahalı layihələrimiz, onlar nədir? Sizdə toy biznesidir. Toy biznesi ayrıdır, şou biznesi ayrı”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info