Türkiyə bu səhnəni müzakirə edir

Ötən gün cəçmi 2-ci bölümü yayımlanan "Duy beni" adlı türk serialı tənqid atəşinə tuş gəlib.

Ulutv.info
axşam.az-a istinadən xəbər verir ki, varlı ailələrin övladlarının təhsil aldığı məktəbdə təqaüdlə qəbul olan tələbələrə müxtəlif işgəncələr verilməsi, alçaldılması izləyiciləri qəzəbləndirib. Belə səhnələrdən biri isə iki şagirdin geyimlərinin çıxardılaraq videoya çəkilməsi olub. Kadrlardan sonra ssenari müəllifi və yayım şirkətinin işi tənqid olunub.

Ekran işinin ünvanına "Uşaqların şüuraltına nə yeritməyə çalışırsınız?", "Ssenari müəllifləri nə etdiklərinin fərqindədirlər?", "Belə səhnələri normal halmış kimi göstərməyin, uşaqlar izləyir", "RTÜK (Türkiyədə Radio və Televiziya Ali Şurası" hara baxır?", "Bu səhnəni yazanlar və canlandıranlar heç özlərinə sual etmədilər ki, biz nə edirik? Bu reallıq deyil artıq, biabırçılıqdır" kimi bir çox şərh gəlib.

Qeyd edək ki, serialda baş rolları Berk Hakman aktyorlar Rabia Soytürk, Caner Topçu, Helin Kandemir, Burak Can, Sümeyye Aydoğan canlandırır.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info