Sevinc Çılğının sənət gecəsi keçiriləcək - VİDEO

Tanınmış şair Sevinc Çılğının şeirli, musiqili təqdimat-konserti olacaq.

“Adagio” adlı sənət gecəsi dekabrın 26-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Muğam Mərkəzinin foyesində şairin yeni kitabının - “Adagio”un təqdimatı ilə başlayan gecə, daha sonra Mərkəzin səhnəsində konsert proqramı ilə davam edəcək.

Konsertdə həm müəllifin, həm tanınmış aktrisaların ifasında şeir kompozisiyaları səslənəcək. Həmçinin məşhur müğənnilər Sevinc Çılğının sözlərinə bəstələnmiş mahnıları ifa edəcək.
Şeirli, musiqili sənət gecəsində Azərbaycan səhnəsinin ulduzları İlqar Muradov, Gülüstan Əliyeva, Dilarə Əliyeva, Ayaz Qasımov, Vüsal Hacıyev, Pərviz Abdullayev, Zabitə Əliyeva, Nazim Məmmədov, Orxan Bağırov, Fidan Süleymanova, Təranə Ocaqverdiyeva, Natəvan Qeybani və sürpriz qonaqlar çıxış edəcəklər.

Konsertin biletlərini Beynəlxalq Muğam Mərkəzinin və şəhərin kassalarından, həmçinin “iTicket” saytından onlayn əldə etmək mümkündür:

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info