Nadir Bayramlı: “Türkiyədə efirə çıxmaq üçün maşınımı satdım”

arb tv-nin “Onun Sirri” verilişinin növbəti qonağı müğənni Nadir Bayramlı olub.

İfaçı Türkiyədə efirə çıxmaq üçün avtomobilini satmasından danışıb:

“İlk avtomobilim ağ rəngdə VAZ-2106 olub. Türkiyə kanallarında efirə çıxmağı, orada da tanınmağı çox arzulayırdım. Artıq Bakıda müəyyən qədər tanınmışdım.

“Sevgililər görüşəndə” adlı mahnım populyar olmuşdu. Musiqi albomu da yazdırmışdım, amma hələ çıxmamışdı. Düşündüm ki, Türkiyəyə gedib çalışım ki, o mahnını efirdə səsləndirim. Pulum yox idi, avtomobilimi satmağa məcbur oldum.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info