Dadaşovanın oğlunun 3 minlik cəriməsi

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev külli miqdarda cəriməsinin olduğunu açıqlayıb.

Ulutv.info milli.az--a istinadən xəbər verir ki, bununla bağlı o, instaqram "story"də məlumat yayıb.

"Azadlıqdan məhrum etmək... Karantin və komendant saatında qaydanı pozduğuma görə, 3000 manat cəriməm var.

Azad olmadan yaşaya bilmərəm. Bu dünyada iki növ quş var: Birincisi, qəfəsdə doğulan və uçmağı absurd hesab edənlər.

İkincisi, azad doğulan və qəfəsin absurd olduğunu düşünənlər", - deyə, o bildirib.



Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info