Meyxanaçıların aparıcılıq etdiyi yeni veriliş gündəm oldu - VİDEO

Tanınmış meyxanaçılar Vüqar Əbdülov, Oqtay Kamil, Mehman Əhmədli və Rüfət Nasosnu "Space"in efirində yeni proqramın aparıcısı olublar.

Ulutv.org bildirir ki, "Meyxəbər" adlı veriliş tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Meyxanaçılar verilişdə ölkədə və dünyada baş verən hadisələri müzakirə edir, rəy verirlər.
Meyxanaçıların bu formatda bir proqramda aparıcılıq etmələri tənqidlə qarşlanıb. Sosial şəbəkə istifadəçiləri onların Aleyna Tilkini, Al Paçinonun 83 yaşında ata olması barədə xəbərini müzakirəyə çıxarıb lağ edərək şərh verməsini tənqid ediblər.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info