Aygün Kazımovanın mahnısı Qorqudun ifasında yeni versiyada - VİDEO

İyunun 16-dan etibarən Qorqud və Nərmin Kərimbəyovanın ifasında Aygün Kazımovanın məşhur “Qoy işığı söndürüm” mahnısının yeni versiyası bütün musiqi platformalarında və “YouTube” kanalında yayımlanıb.

Qorqudun sözlərinə görə, o, Aygün Kazımovanın yaradıcılığını çox sevdiyi üçün həmişə bu mahnını remeyk etmək arzusunda olub. Onun bu mahnı ilə bağlı çoxlu xatirələri var. Mahnı 2000-ci ildə çıxmasına baxmayaraq, bu gün də sevilir, dinlənilir.

“Qoy işığı söndürüm” mahnısı üçün Nərmin Kərimbəyova Qorqudun təklifini qəbul edərək, layihədə iştiraka razılıq verib və ona dəstək olub.

Qeyd etmək istərdik ki, Qorqudun yaradıcılığı 2015-ci ildə yarımfinaladək yüksəldiyi “The Voice of Azerbaijan” layihəsi ilə başlayıb.
Çətinliklərə baxmayaraq, o, uzun fasilədən sonra Qorqud təxəllüsünü götürərək, hər şeyə sıfırdan başlayır və “Bağışla” onun yeni solo karyerasında əsas mahnı olur.

Eyni zamanda, Qorqud 2023-cü ilin iyulunda Belarusda keçiriləcək “Slavyanskiy Bazar” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək.



Ulutv.org
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info