Hüseyndən saxta var-dövlət iddialarına cavab

Ötən gün Rusiya mediası azərbaycanlı videobloger Hüseyn Həsənovu saxtakarlıqda ittiham etmişdi.

Ulutv.info milli.az-a istinadən xəbər verir ki, influenser sözügedən iddialara İnstaqram "Story"də cavab verib. O, qırmızı rəngli bahalı avtomobillərlə fotosunu paylaşaraq "Bütün arzularınızın gerçəkləşməsini diləyirəm" sözlərini yazıb.

Hüseynin fonunda isə "Porsche", "Gelandewagen" və "Rolls Royce" avtomobilləri yer alıb.

Qeyd edək ki, Rusiya mediası onun aksessuarlarının saxta olduğunu, özünü varlı göstərdiyini iddia etmişdi.



Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info