Dilarənin bu sözləri Afaq Bəşirqızını ağlatdı

Xalq artisti Afaq Bəşirqızı "Söhbət var" proqramının qonağı olub.

Ulutv.info milli.az və axşam.az-a istinadən xəbər verir ki, səhhətindəki problemlə bağlı uzun müddətdir səhnədən uzaq qalan aktrisaya Əməkdar artist Dilarə Əliyeva sual ünvanlayıb.

Onun "Darıxmısınız? Qayıdacaqsınız" sualı Bəşirqızını kövrəldib. O, "Çox darıxmışam. Mütləq qayıdacam" cavabını verib.

"Səhnədə yeriniz görünür. Neçə ildir səhnə sizsiz qalıb" deyə, Dilarə bildirib. Aktrisa daha sonra A.Bəşirqızı haqda monoloq səsləndirib. Bəşirqızı isə göz yaşlarını saxlaya bilməyib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info