“Sizi adınızla çağıracağam, “civi”lər və “manıs”lar!”

"Ey bayağı oxuyan "civi"lər və "manıs"lar, siz Azərbaycanı sevmirsiniz. Sizin kimiləri ancaq pul maraqlandırır. Necə ki, insanların haqqını yeyən, onların cibinə girib sərvətini yeyən, kasıblığa, ölümə sürükləyən zalımlardan heç bir fərqiniz yoxdur".

Ulutv.info milli.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan sosial media hesabında yazıb. O, bayağı mahnılar oxuyan ifaçılar yenə də tənqid edib, onları Azərbaycanı sevməməkdə günahlandırıb:

"Siz "civi"lər də bayağı oxuyub, sadəcə silahsız şəkildə insanların zövqünü zəhərləyib onlardan ən asan yolla pul qazanırsınız. Bu arsızlıqla da özünüzü böyük biri hesab edirsiniz. Azərbaycan musiqisinin düşmənləri sizsiniz. "Civi"lər və "manıs"lar, bundan sonra sizi adınızla çağıracağam, pul xətrinə Azərbaycan musiqisinə xələl gətirən "civi"lər və "manıs"lar".

Qeyd edək ki, sənətçi ötən günlərdə də sözügedən ifaçılarla bağlı açıqlama vermis, həmkar Şəbnəm Tovuzluyla qalmaqal yaşamışdı.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info