Tarzən Humaydan atmaca: “Alim Qasımovdan dərs alıb, ancaq bayağı ifalar edir”

Tar ifaçısı Humay Qədimova müğənni Zenfira İbrahimovanı bayağı adlandırıb.

Ulutv.info-nun oxu.az-a istinadən məlumatına görə, Humay bu barədə ARB TV-də yayımlanan “Maqazin Plus” verilişinə müsahibəsi zamanı deyib.

“Alim Qasımovdan dərs alıb, ancaq baxırsan ki, Zenfira da insanların zövqü ilə ayaqlaşır, bayağı ifalar edir. Hər zaman ona bildirirəm ki, dəst-xətti saxla. Təkcə Zenfiradan söhbət getmir, bir çoxları var ki, musiqiyə xələl gətirirlər”, - deyə H.Qədimova bildirib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info