Eldar Mansurov: “Musiqilərimi atalarının malı kimi götürürlər”

Xalq artisti, bəstəkar Eldar Mansurov açıqlamaları ilə diqqət çəkib.

Ulutv.info-nun oxu.az-a istinadən məlumatına görə, bəstəkar ATV-də yayımlanan “Bağ mövsümü” verilişində qonaq olarkən artıq kinolar üçün musiqi bəstələmədiyini bildirib.

“Kinolara nə mahnı yazdımsa, 90-cı illərdə bəstələdim. Ondan sonra filmlərə musiqi yazmadım, indiki rejissorlar öz tay-tuşlarını tapıb, özlərinə xoş olan adamlarla işləyirlər. Mənim musiqimi öz filmlərində görmürlər. Mən onlarla, onlar da mənimlə işləmirlər. Cavanlar serial çəkir, məndən soruşmadan musiqimdən istifadə edirlər. Eləsi var müəllif adını yazır, eləsi də var ki, yazmır. Elə bil atasının malıdır, götürüb istifadə edir”, - deyə, Mansurov bildirib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info