“Dilarə evində qalmırdı, Oqtay işə gedən kimi bizə gəlirdi...”

"Əgər sən gəlini bəyənib evinə gətirmisənsə yola verməlisən. O da gələcəyin bir anasıdır. Sən niyə onu sındırmalısan, süpürgə etməlisən ki?! O da özü üçün bir şəxsiyyətdir. Hörmət etməsən, heç vaxt hörmət görməzsən. Təbii ki, gəlin təzə ola bilər, təcrübəsi olmaya bilər. Əgər sən onu əzməyə başlasan, birazdan böyüyəndə də o səni əzəcək. Onu öz doğman kimi qəbul etsən heç vaxt sənə pislik etməyəcək. O demək deyil ki, gəlin susmalıdır. Ailədə qarşılıqlı hörmət olmalıdır".


Ulutv.info milli.az-a istinaden xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Elmira İsmayılova deyib. O, daha sonra gəlini, əməkdar artist Dilarə Əliyevadan danışıb.

"Biz ikimiz də əqrəb bürcüyük. Əqrəblər bir-birlərini çox istəyir. Dilarənin evi ayrı idi, səhər tezdən gəlirdi bizə. O qədər söhbətlər edirdik ki. Bir də görürdüm ki, nəsə yanır. Deyirdim ki, "qaç, qazanın altı yandı". Söhbət o dərəcədə şirin olurdu ki. Çünki ikimiz də eyni işin yiyəsiyik. Dilarə evində qalmırdı, Oqtay işə gedən kimi bizə gəlirdi. Mən onun ilk tamaşasının afişasını hələ də qoruyub saxlamışam. Gərək sən yaxşı olasan ki, gəlin də yaxşı olsun. O mənə hörmət edirsə, mən də ona hörmət etməliyəm. Oqtay icazə vermirdi Dilarə işləsin. Mən dedim ki, bizim teatrda işləyəcək, özü də mənimlə. O istedadı boğmaq cinayətdir" deyə sənətkar bildirib.

"Bəs özünüz necə gəlin olmusunuz?" sualına isə xalq artisti belə cavab verib.

"Qaynanam mənimlə birlikdə yaşamayıb. Amma mənə nə deyirdilərsə razılaşırdım. İndiki gəlinlər deyir ki, sən nə bilirsən, hər şeyi mən bilirəm" deyə aktrisa bildirib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info