Azərbaycanlı aktyorun azyaşlı qızı ürəyindən əməliyyat olundu - FOTO

Aktyor Cövdət Şükürovun qızı əməliyyat olunub.


Ulutv.info axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda özü məlumat yayıb. Cövdət bildirib ki, övladı ürəyindəki problemə görə bıçaq altına yatıb:

"Dünən gözəl qızım ürəyindən əməliyyat olundu. Şükür Allaha hər şey yaxşı oldu, amma əməliyyat bitənə kimi 20 ilim getdi deyə bilərəm. Həyatımın ən çətin günündə yanımda olan hər kəsə təşəkkür edirəm, unutmayacağam. Allah hər kəsin övladını qorusun".

Qeyd edək ki, C.Şükürov ilk xanımından ayrılıb. Onun bu nikahdan bir qız, bir oğul övladı var. Aktyor ötən il ikinci dəfə ailə qurduğunu açıqlamışdı.

Ulutv.info

Məqaləyə dair fotomateriallar:

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info