“Qurd”un qızı dünyaya gəldi - FOTO

“Qurd” ləqəbi ilə tanınan məşhur reper Fərid Eminovun qızı dünyaya gəlib.

Ulutv.info oxu.az-a istinadən xəbər verir ki, reper sosial şəbəkə hesabında dostları ilə birlikdə süfrə arxasında əyləşdiyi fotonu paylaşaraq “qızımın doğum günü qeydi”, - deyə şərh yazıb.

Reperin pianoçu həyat yoldaşı Leyla Namazzadə isə ana olması ilə bağlı sosial şəbəkə hesabında “12.07.2022” tarixini qeyd edib.

Qeyd edək ki, Fəridlə Leyla ötən ilin noyabrında ailə qurublar. Leyla azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.

Bu, Fəridin ikinci evliliyidir. Reperin ilk ailə həyatından iki oğlu var.




Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info