“50 Cent” qorxu filmində rol alacaq

Amerikalı reper “50 Cent” “Skill House” qorxu filmində rol alacaq.

Rejissor Coş Stolberqin çəkdiyi film sosial şəbəkələrdən və bloqçuların şöhrət naminə hansı yola getməyə hazır olduqlarından bəhs edəcək.

Çəkilişlər hazırda Los-Ancelesdə “TikTok Sway House”da aparılır.

“Skill House”un yeni franşizasının ilk filmi olduğu bildirilir.

Qeyd edək ki, Stolberq həm də qorxu filminin ssenaristi olacaq.

Qeyd edək ki, onun keçmiş layihələri arasında “Saw:Spiral” (2020), “Saw 8” (2017), “Piranha 3D” (2010), “Dorm Scream” (2009) qorxu filmləri var.

Mənbə: gazeta.ru
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info