"Qadın kitab kimi bağlı olmalıdır"

Müğənni Səidə Dadaşova həmkarlarının geyimlərindən danışıb.

Ulutv.info axşam.az-a istinadən xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən sənətçi iddialı geyimlərin açıq-saçıq anlamına gəlmədiyini deyib:

"İddialı geyimlər bəyəm açıq-saçıq libaslar deməkdir? Hər insan qapalı geyimləri daşıya bilməz. Onun üçün cəsarətli və gözəl olmaq lazımdır. Mənim kimi qapalı geyinib şarmlı da görünmək olar".
Ətraflı

S.Dadaşova Xalq artisti Tünzalə Ağayevanın son vaxtlar açıq-saçıq geyimlərə üstünlük verməsindən də danışıb. Müğənni onun kimi geyinən həmkarlarına iradını bildirib:

"Mənim üçün açıq-saçıqlıq şarm deyil. Hər şey göründüyü halda necə maraq qala bilər ki? Qadın kitab kimi bağlı, dəniz kimi dərin olmalıdır. Üzdükcə üzəsən, amma çatmırsan, sirrini aça bilmirsən. Mənim dünyamda belədir".

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info