İlon Maskın atası oğlu barədə danışdı: "Xoşbəxt deyil"

“SpaceX” və “Tesla” şirkətlərinin baş direktoru İlon Maskın atası 76 yaşlı Errol Mask oğlu ilə fəxr etmədiyini etiraf edib.

Ulutv.info xarici KİV-ə istinadən xəbər verir ki, ondan planetin ən zəngin adamı olan oğlu ilə fəxr edib-etmədiyini soruşduqda ata Mask mənfi cavab verib.

Errol Maskın dediyinə görə, böyük oğlu İlon “istədiyi qədər xoşbəxt deyil”, çünki o, “uğur qrafikindən geri qaldığını” hiss edir.

Bir müddət əvvəl sosial şəbəkələrdə dolaşan İlonun yarıçılpaq şəkillərini xatırlayan Errol oğluna pəhriz saxlamağı məsləhət görüb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info