Britninin memuarlarının nəşri bu səbəbdən yubanır

Pop ulduzu Britni Spirs xatirə kitabı üzərində işini başa çatdırıb.

Ulutv.info oxu.az-a istinadən xəbər verir ki, lakin hazırda ABŞ-da yaranan kağız qıtlığı əsərin nəşrini yubadır.

Məlumata görə, xatirə kitabının çapı "Simon & Schuster" nəşriyyatı tərəfindən həyata keçirilməlidir.

Spirs və onun komandası kitabın 2023-cü ilin yanvarında satışa çıxacağını gözləsələr də kağız qıtlığı bu planları pozub.

Hazırda problemin nə vaxt həll olunacağı məlum deyil.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info