Ailə qurmaq çərçivəyə daxil olmaq kimi gəlir

"Evlənmək mənə çərçivəyə daxil olmaq kimi gəlir. Toyum bəlkə oldu, bəlkə də olmadı". 

Ulutv.info bizim media-ya istinadla xəbər verir ki, bu sözləri "Hiss" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Röya Məmmədova qonaq olduğu "Şourum" maqazin verilişində deyib. 

Sənətçi ailə qurmaq, evlənmək və toy etmək məsələlərindən uzaq gəzdiyini açıqlayıb.

"Artıq ailə söhbətlərindən sınmışam. Bərpa etmək istəmirəm. Özüm-özümü idarə edirəm. Özüm ev ala, pul qazana bilirəm. Ailəmə və yaxınlarıma mən kömək edirəm. Bu, mənə bəsdir. Bunları edəndə özümü rahat hiss edirəm. Evlənmək hələki istəmirəm".

Qeyd edək ki, "Hiss" uşaq evində böyüyüb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info