Nəsrin Cavadzadə Türkiyədə ev aldı

Türkiyənin məşhur azərbaycanlı aktrisası Nəsrin Cavadzadə doğum günündə özünə xoş sürpriz edib.

Ulutv.info bizim.media istinadən xəbər verir ki, aktrisa özünə yeni ev alıb.

Bu haqda Nəsrin sosial şəbəkə hesabında məlumat verib. N. Cavadzadə masa üzərində olan şərab və meyvənin fotosunu çəkib “yeni evimdə ilk bayram” sözlərini yazıb.

Qeyd edək ki, bir neçə ay əvvəl Nəsrin Cavadzadə reklam çəkilişlərinin birində iştirak etmək üçün həm Bakıya, həm də Şuşaya yol almışdı.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info