Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə verildi

Xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilib.


Ulutv.info apa-ya istinadən xəbər verir ki, iddiada Flora Kərimovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunması istənilib.


Xüsusi ittihamçı Ülviyyə Alovludur. O, müğənninin ona böhtan atdığını əsas gətirərək həbsini tələb edir.

Ətraflı

Həmin iş Nəsimi rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatına verilib.


Məhkəmənin hazırlıq iclası avqustun 2-ə təyin edilib.


Flora Kərimovanın vəkili Ulutv.info apa-ya bildirib ki, məhkəmə tərəfindən bildirişlər və şikayətin məzmunu onlara çatmayıb.

Ulutv.info


Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info