Sərdar Ortaç necə qızla evlənəcəyini açıqladı

Özəl həyatı, qumar borcları ilə daim müzakirə olunan müğənni Serdar Ortaç yeni açıqlaması ilə gündəmə gəlib.

Ulutv.info lent.az-a istinadən bildirir ki, o, Malatyada konsert verəndə evlənmək üçün xanım axtardığını elan edib. Həyatına aldığı sarışın qadınlarla adı hallanan 52 yaşlı Serdar bu dəfə əsmər qadınla evlənmək istədiyini deyib:

"Anam həmişə deyərdi ki, əsmərlər çox gözəl olurlar. Sevgililərimin hamısı sarışın olub, keçmiş həyat yoldaşım da. Artıq əsmər bir xanımla evlənmək istəyirəm".

Qeyd edək ki, o, Malatyada çıxış etdiyi səhnədə ona pislik edən qadınlara da xeyli qarğış edib.

Xatırladaq ki, 2014-cü ildə irlandiyalı model Chloe Loughnanla evlənən Serdar Ortaç 2019-cu ildə boşanıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info