Hollivudun ən çox qazanan aktrisası Marqo oldu

Avstraliyalı aktrisa Marqo Robbi Hollivudun ən çox gəlir əldə edən qadın ulduzu olub.

Ulutv.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" yayıb.

Məlumata görə, 32 yaşlı aktrisa "Barbi" filmindəki roluna görə 12,5 milyon dollar gəlir əldə edib. Sözügedən filmin premyerası 2023-cü ilin iyunun 21-nə planlaşdırılır. Bununla yanaşı, filmin süjeti gizli saxlanılır.

Məşhur aktrisanın bundan əvvəlki qonorarı 10 milyon dollar təşkil edib. M. Robbi bu qonorarı "Vəhşi quşlar" filmində Harli Kvinn roluna görə qazanmışdı.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info