Cessika əməliyyat üçün Bakıya gəldi

Keçirdiyi saysız-hesabsız plastik və estetik əməliyyatlarla dünya mətbuatının gündəmindən düşməyən və iki əvvəl 2 milyon manata yaxın pul xərcləyərək cinsini dəyişib qız olan Braziliyanın məşhur televiziya ulduzu Rodrigo Alves indi isə Cessika Alves Azərbaycana gəlib.

Ulutv.info bizim.media-ya istinadən xəbər verir ki, illər əvvəl mükəməl xarici görünüş əldə etmək üçün dünyaca məşhur "Ken" adlı oyuncağa bənzəmək üçün çoxsaylı əməliyyatlar keçirən Cessikanın Bakıya gəlmə səbəbi yaxın günlərdə yenidən bıçaq altına uzanacağı ilə əlaqədardır.

Belə ki, 38 yaşlı ulduz "badam göz" effektini əldə etmək üçün yerli plastik cərrahların birinə üzünü həvalə edəcək.

Paytaxtın lüks otellərinin birində qalan Cessika sosial şəbəkə hesabında müxtəlif paylaşımlar edib. Onun görünüşü diqqətdən kənarda qalmayıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info