Emili həyat yoldaşından ayrıldı

Amerikalı model və aktrisa Emili Ratakovski həyat yoldaşı aktyor Sebastyan Bir-Makklarddan ayrılmaq barədə qərar qəbul edib.

Ulutv.info milli.az-a istinadən ilkin məlumata görə, buna səbəb mediada Sebastyan Bir-Makklardın amerikalı modelə xəyanət etməsi barədə yayılan iddialar olub.

Bildirilir ki, Ratakovskinin ötən həftə qatıldığı bir tədbirdə nişan üzüyünü taxmaması da medianın diqqətini çəkmişdi.

Qeyd edək ki, cütlük 2018-ci ildə bir neçə həftəlik tanışlıqdan sonra ailə həyatı qurub. Emili və Sebastyanın bu evlilikdən 1 yaşlı Silvester Apollo adlı oğulları var.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info