Demet Naxçıvandakı konsertindən danışdı: "Mayamidən sonra...

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur pop ulduzu Demet Akalın ötən axşam Naxçıvanda konsert proqramı ilə çıxış edib.

Ulutv.info bizim.media-ya istinadən xəbər verir ki, konsertdən sonra Bodruma yollanan sənətçi Naxçıvanla bağlı təəssüratlarını sosial şəbəkə hesabında bölüşüb.

D.Akalın xoş və isti qarşılandığı üçün təşəkkürünü bu sözlərlə ifadə edib.

"Hələ də dünən axşam yaşadıqlarımızın təsiri altındayıq. Çox gözəl qarşılandıq. Bunun üçün təşəkkür edirəm. Bizə üstünlük verdikləri üçün Naxçıvanın səlahiyyətli şəxslərinə və naxçıvanlılara minnətdarlığımı bildirirəm. Təyyarəyə qutularda meyvələr, ətlər, Naxçıvanın duzundan hədiyyə qoymusunuz. Mayamidən sonra ilk dəfədir ki, belə gözəl qarşılandıq"

Qeyd edək ki, Demet Akalın Naxçıvana həyat yoldaşı, iş adamı Okan Kurtla səfər edib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info