"TikTok olmasaydı, bəzi məşhurlar acından ölərdilər"

Müğənni Emil Bədəlov TikTok-da canlı yayıma girən məşhurlara lağ edib.

Ulutv.info axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Səhər mərkəzi" proqramında danışıb. O, aparıcı Tural Əsədovun ona ünvanladığı sualları cavablandırıb. "TikTok olmasaydı..." sözlərinə Emil belə reaksiya verib:

"Tənbəl olmasaydım, oliqarx olardım. TikTok olmasaydı, bəzi məşhurlar acından ölərdilər. Əsəbiləşirəm, bu haqda danışmayaq. TikTok-da bəzi insanlar var. Mən də girib baxıram. İnanmırdım ki, həyatda onları görüm. Belə adam olar?".

Şou-biznesdəki qalmaqallardan danışan ifaçı "Camaata qalmaqal maraqlıdır. Kimin qalmaqalı çoxdur, onun toyu da çoxdur. Kim bütün günü sosial şəbəkədə görünürsə, toyları boldur" sözlərini deyib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info