Fatimədən Mələkxanım Əyyubova ilə bağlı etiraf

"Həkim olmalıydım, amma olmadım. İstəyərdim kosmetoloq olum. İşdən uzaqlaşdım, çünki vəsait lazım idi. Bizim isə ona pulumuz yox idi".

Ulutv.info
axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Onun sirri" proqramında deyib. Sənətçi illər əvvəl kosmetoloq işlədiyini və bir çox tanınmışa prosedurlar etdiyini söyləyib:

"16 yaşımda salonda kosmetoloq çalışırdım. Mələkxanım Əyyubova mənim müştərim idi. Üzünə masaj edəndə hər zaman yatırdı. Deyirdi, əlində nəsə var, yatızdırırsan. Çox gözəl üz masajı edirdim, kremlər düzəldib, satırdım. Gözəl alıcılarım var idi".

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info