Dadaşovanın həyat yoldaşı oğlunun cərimələrindən danışdı

Xəbər verdiyimiz kimi, Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad 3 min manat cəriməsi olduğunu açıqlayıb.

Ulutv.info axşam.az-a istinadən bildirir ki, bu dəfə Cahad atasının onun cərimələrindən danışdığı video yayımlayıb.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev oğluna "Qaydaları pozma, sonra böyük cərimələr yığırsan" sözlərini deyib.

Cahadın "Sənin xəbərin yoxdur" sualına isə Ə.Hacıyev "Xəbərdaram" cavabını verib.

Qeyd edək ki, Cahad paylaşımında "Azadlıqdan məhrum edilməkdən. Buna görə də mənim komendant saatı və karantin qaydalarını pozduğuma görə 3 min manat cəriməm var. Azad olmadan yaşaya bilmərəm. Bu dünyada iki növ quş var: 1. Kimləri qəfəsdə doğulub və uçmağı absurd hesab edir. 2. Bəziləri isə azad doğulub və qəfəsi absurd hesab edir" sözlərini qeyd etmişdi.

Ulutv.info

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info