Cavidandan "Komedixana"nı tənqid edən Naibə Allahverdiyevaya maraqlı cavab

Xalq artisti Naibə Allahverdiyeva ilə aktyor Cavidan Novruz arasında qalmaqal yaşanıb.

Ulutv.info axşam.az-a istinadən xəbər verir ki, buna səbəb aktrisanın Cavidanın da rol aldığı "Komedixana" verilişini tənqid etməsi olub. Aktyor bildirib ki, bir çoxları sözügedən ekran işini qısqanır:

"Vallah "Komedixana" nə qədər bu sənətdə olan adamların "gözünə girir"? Fikir verirəm ki, cavanlıqda uğur qazana bilməyənlər indi bizə söz atır. İndi də "Tomka maçi" sözləri ilə məşhurlaşan sənətkar nəsə deyir. Eybi yox, onun nəsə deməsi elə də təsir etmədi, amma bunu da deyim: Çox ucuzsunuz, çox! Sizə elə məqam lazım imiş. Heç cürə yaşınızla, uğursuzluğunuzla barışa bilmədiniz. Müdrikləşə bilmədiniz. Çox təəssüf. Bunları ümumi dedim".

Qeyd edək ki, N. Allahverdiya "yenisabah.az" saytına olan müsahibəsində indiki komediya verilişləri ilə bağlı "Məni televiziyalara dəvət etsələr də getmirəm. Çünki bəzi insanlarla bir efirdə olmaq istəmirəm. Onların tamaşaçılara xeyri nədir ki? Gəncliyə faydası olan, onları düşündürən heç nə yoxdur. Əvvəllər hər şey fərqli idi"deyə, o bildirib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info