Əlixanın əyləncə dolu toyu

Aktyor Əlixan Rəcəbov ötən gün həyatını Çilənay adlı xanımla birləşdirib.

Ulutv.info paralel.az-a istinadən məlumatına görə, cütlüyün toyu paytaxt restoranlarının birində baş tutub.

Gecənin aparıcısı müğənni Azad Şabanov olub. Gecədə “Səs”in finalçısı Leyla İzzətova, müğənnilər Nura Suri, Jay Meel ləqəbli Cəmil də səhnə alıb.

Az sayıda şəxsin iştirak etdiyi toyda qonaqlar sırasında aktyorlar Taleh Yüzbəyov, Şaban İmkani, reper ProMete, blogerlər Xatirə Yüzbəyova, Rəfin, Günel Rəhimova, Fuad İskəndərov da olub.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info