Füzuliyə qayıdıb, orada da yaşayacağam - Zamiq

Füzuli mənim vətənimdir, təbii ki, orada da yaşayacağam.

Bu sözləri müğənni Zamiq Hüseynov sevənləri ilə görüş zamanı deyib.

O, Füzuli şəhəri ilə bağlı xatirələrindən söz açıb:

“8 yaşımdan buradayam. Hər şeyim Bakıdadır. Füzuliyə qayıdıb, orada da yaşayacağam. Açığı mən “haralısan” sualını sevmirəm. Hər yerimiz Vətəndir. Füzuli də Vətənimdir. Həm orada, həm Bakıda yaşayacağam”.

Z.Hüseynov sonda Füzulidə keçiriləcək konsert proqramından danışıb: “1-2 aya Füzulidə konsert proqramı gözlənilir. Planlaşdırırıq. İnşallah, baş tutar”.( Oxu)
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info