Məşhur aktrisanın maşını alışıb yandı: Oğlu və sevgilisi... - FOTO

Türkiyənin məşhur aktrisası Hande Ataizi, oğlu və özündən 20 yaş kiçik sevgilisi Dinç Aydoğdu ölümdən dönüb.

Ulutv.info oxu.az-a istinadən xəbər verir ki, onlar qonşularının maşını ilə evə qayıdarkən nəqliyyat vasitəsi qəfil alovlanmaga başlayıb.

Maşında olan dörd nəfər tez enərək xilas olublar.

Saniyələr sonra maşının partlamasından böyük şok yaşayan Ataizi "Böyük bir qəzadan sağ çıxdıq. Ətrafımızdakı insanların siqnala basaraq "maşın alov alıb, maşından düşün", - deyə bağırışları bizi xilas etdi.

İnana bilmirəm, hələ də şokdayam. Əgər bir dəqiqə də gec qalsaydıq, artıq həyatda yox idik, maşının qapıları avtomatik bağlanacaqdı və biz xilas ola bilməyəcəkdik. Son anda özümüzü maşından ata bildik", - deyə bildirib.



Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info