"Uşaqlarınıza pul qazanmağı öyrətməsəniz, onlar oğurluğu öyrənəcək"

"Uşaqlarınıza pul qazanmağı öyrətməsəniz, onlar oğurluğu öyrənəcək" bir yəhudi ata sözündə belə deyilir.
Azərbaycanın orta təhsil sistemində əsas öyrədilməli olan pul qazana bilmək, xarici ölkələrdə yaşaya bilmək və dünyaya açılmaq. Güclü diaspora ola bilmək kimi əsas prinsiplər öyrədilmir. Xüsusilə də yuxarı siniflərdə vacib istiqamətlər, formalaşma və keçid dövründə uşaqların dünyaya baxışlarını formalaşdırmaq lazımdır.
Hər bir dövlətin, hər gün təhlükədə olduğunu anlatmaq lazımdır. Dövlətin mövcud olması üçün ilk növbədə bacarıqlı vətəndaşlar yetişdirmək lazımdır.
Şərt deyil ki, hamı ali təhsil alsın. Bizim orta təhsil sisteminin tək hədəfi var - ali məktəbə daxil olmaq. Elə valideynlərin də əsas hədəfi nə olur, olsun uşağı oxutmaq və ali təhsilli etməkdir. Hansı ki, 11 il valideyn ac da qalsa uşağını oxudur. 4 il də ali məktəbdə o uçağın ömrü gedir. Sonuc nədir? Adətən işsiz qalmaq. 1 il də hərbi xidmət və gəncin artıq 22-23 yaşı var. Daha sonra yenidən həyata başlayır. Axtarır. Özünə iş, həyatda yer axtarır. Tapana qədər də azı 30 yaşa çatır. Daha sonra isə cari hədəflər. Mənzil, ailə, uşaq qayğıları. Və beləcə insanımızın dünyaya açılması, dünya çapında tanınması hədəfləri olmur. Hamı sanki ata evində yığışmaq prinsipi ilə yaşayır. Öz həyətində oğullarına ev tikən ata, qızını yaxın qohumlarına ərər verən ana kimidir yaşadğımız ölkə...
Azərbaycanda outra-otura da xaricə çıxmaq mümkündür.
İndi ali təhsilin əsas hədəflərindən biri də bu olmalıdır. Orta məktəbin son siniflrində də gənclərin doğru həyata başlaması təbliğ edilməlidir. Müəllim və ya müəllimə yalnız ali məktəbə "hazırlaşmaq" tezisi ilə davam etdikcə, uduzacağıq.
Bunları niyə yazdım? Çünki 20-30 ildən sonra neftimiz olmayanda da dövllətimizin güclü və qüdrətli olması üçün yeni bir nəsilə ehtiyacımız olacaq...
Razi Abasbəyli
(Teref.az)
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info